Nə qədər veterana Prezident təqaüdü verilir?

Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır. Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir. Təqaüd alan veteranların sayı 2025-ci 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb.
Respublikanın rayonları arasında bölgü
Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax-Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Belə ki, hazırda bu bölgədə təqaüd alanların sayı 19 431-dir. Təqaüd alanların say azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4 988 nəfərə təqaüd verilir. Təqaüd alan sakinlərinin sayının çoxluğuna görə ilk sıralarda Sumqayıt (6 087) və Gəncə (6 085) şəhərləri yer alır. Bu mənada ən aşağı göstəricilər isə Sədərək (339) və Xızı (348) rayonlarındadır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












