Nəqliyyatda bu şəxslərə güzəşt edilsin - Deputatdan TƏKLİF

“Düşünürəm ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da nəqliyyatda tələbələrlə bağlı müəyyən güzəştlər nəzərdə tutula bilər”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, təkcə Gürcüstanda, Türkiyədə deyil, dünyanın hər yerində bu cür güzəştlər var:
“Söhbət aylıq, illik gediş haqqı sistemindən gedir. Hesab edirəm ki, tələbələrə də müəyyən güzəştlər edilməsinə baxa bilərik. Baxın, bir ailədə 2-3 tələbə varsa, bunlar həm təhsil haqqı verirlər, yataqxanaya pul verirlər, yeməyə verirlər. Ümumiyyətlə bir neçə tələbəni oxutmaq valideyn üçün çox çətindir. Təkcə yataqxana və yemək deyil, digər məsələlər də var. Kirayə də yüksəkdir. Üstünə nəqliyyat xərcləri də gələndə, bu, böyük bir vəsait olur.
Bu istiqamətdə müəyyən addımlar atmalıyıq. Cüzi də olsa güzəşt oluna bilər. Son yayılan informasiyalardan görünür ki, Elm və Təhsil Nazirliyi müəyyən addımlar atmağa hazırlaşır. Hesab edirəm ki, bu addımları sürətləndirməliyik”.(demokrat.az)
Kredit borcu olanların NƏZƏRİNƏ!
Bakıda hər kəs eyni vaxtda işə gəlməyəcək - AÇIQLAMA
Yeni temperatur rekordları QEYDƏ ALINACAQ - İqlimdə fövqəladə dövr başlayır
İctimai nəqliyyatda 10 faizlik güzəşt ediləcək - ŞAD XƏBƏR - VİDEO
Yeraltı keçidlər özəlləşdiriləcək? - AÇIQLAMA
Qəbul imtahanın nəticələri bu tarixdə elan ediləcək
"İnsanlar bölgələrdə iş tapsa, Bakıda tıxac da azalacaq"
Azərbaycana güclü İSTİLƏR GƏLİR: Temperatur 40 dərəcəyə çatacaq
Bakıda zibil konteynerləri avtobus zolağına düzülüb, təhlükə var - VİDEO
Növbəti iki gün Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda iş saatları dəyişdirilir - Sıxlıq azalacaq










