Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edildi - FOTO - YENİLƏNİB

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar ailələrə təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.
Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.
Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.
***12:56
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfər, Qırmızı Bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfər köçürülüb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.


***
Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.


Azərbaycanda məşhur bazar sökülür - Avtomobil yolu genişləndirilir - VİDEO
Bulvarda gülləri əzənlər məşhur blogerlər imiş - ADLAR - FOTOLAR
Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA
Azad edilən ərazilərdə yaşayan əhalinin sayı məlum olub
Əslində qəbir daşları necə olmalıdır? - Ayə və hədislərlə cavab
Aprel ayında Azərbaycana hava sürprizi - Ciddi risk var?
"Bakıkart" terminalları metrolardan yığışdırılır? - RƏSMİ AÇIQLAMA
Radiasiya həqiqətən xərçəng yaradır, yoxsa bu uydurulmuş mifdir?
Keşlədəki bu binalar söküləcək - Qərar verildi
İstixana və mövsümdənkənar meyvələr necə istehlak olunmalıdır? - Mütəxəssis AÇIQLADI
Univeristetlər üçün qəbul imtahanları arzulanan səviyyədə deyil - TƏHSİL EKSPERTİ








