Ölüləri cümə axşamı yad etmək varmı? - İslam dini deyir ki...

Azərbaycanın bir çox bölgəsində mərhumların ruhuna hörmət əlaməti olaraq “Cümə axşamı vermək” adəti geniş yayılıb. İnsanlar həmin gün ehsan vermək, Quran oxutmaq və dualarla ölüləri yad edirlər. Lakin bu adətin İslam dinində nə dərəcədə əsasının olduğu sual doğurur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə ölən şəxsi yad etməyin əsas forması onun yaxşı əməllərini xatırlamaq, bağışlanması üçün dua etmək və imkan daxilində qəbirlərinə baş çəkməkdir.
Onun sözlərinə görə, qəbirləri cümə axşamı günü ziyarət etmək tövsiyə olunsa da, bu, qəti dini göstəriş deyil:
“Qəbirləri, ölüləri istənilən vaxt ziyarət etmək mümkündür. Cümə axşamını xüsusi olaraq “ölü yada salmaq günü” kimi qəbul etmək doğru deyil.”
Tural İrfan əlavə edib ki, bəzi rəvayətlərdə cümə axşamı günləri ruhların ailələrinə baş çəkdiyinə dair fikirlər yer alsa da, bu yanaşmalar daha çox xalq inancları və milli adətlərin təsiri ilə formalaşıb:
“Dinimizdə yalnız 3 günlük yas müddəti var. 7, 40 və ya cümə axşamı ehsanı kimi adətlərin heç biri dini vacib əməl sayılmır. Bunlar sonradan formalaşmış ənənələrdir.”
İlahiyyatçı qeyd edib ki, bu cür mərasimlər bəzən maddi maraqlarla da əlaqələndirilir və dini əsasdan çox, sosial vərdiş xarakteri daşıyır.
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI











