"Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib - VİDEO

Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur. Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, Susay-Xınalıq avtomobil yolunun bəzi hissələrində qarın hündürlüyü üç metrə çatıb. Verilən məlumata görə, digər ərazilərdə isə qar örtüyünün hündürlüyü hətta dörd metrə qədər yüksəlib.
Kənd sakinlərinin sözlərinə görə, son 10-15 ildə bölgədə belə güclü qar müşahidə olunmayıb.
"Son illərdə belə qar olmayıb. Haradasa 10-15 ildir ki, bu cür hava şəraiti ilə rastlaşmamışıq. Qarın hündürlüyü üç metri keçib. Artıq üç gündür ki, yolun təmizlənməsi işləri davam etdirilir", - deyə kənd sakini bildirib. Digər sakin isə qeyd edib ki, indiyədək belə hadisənin şahidi olmayıblar: "Mənim 30 yaşım var. Bu vaxta qədər belə bir hadisə görməmişik. Qar çox güclü yağır. Hazırda yuxarı istiqamətdə qarın daha da intensiv yağması ehtimalı yüksəkdir. Yüksəklik artdıqca qarın hündürlüyü daha da artır".
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT












