Otuz mindən çox insanın əziyyət çəkdiyi yol - Müraciətə baxan yoxdur - VİDEO

Uzunluğu 22 kilometr olan Qaraməryəm-Müsüslü avtomobil yolunda nəqliyyat vasitəsini idarə etmək sürücülər üçün olduqca çətinləşib. Ötən əsrin 80-ci illərində çəkilən ikizolaqlı yol hazırda bərbad vəziyyətə düşüb. Sözügedən yol Göyçayın mərkəzini kəndlərlə birləşdirməklə yanaşı, bir sıra istiqamətlər üçün də alternativ marşrut rolunu oynayır.
Avtosfer.az xəbər verir ki, sakinlər İctimai TV-yə bildiriblər ki, bu yolun ətrafında 30 mindən çox əhali yaşayır.
Onların sözlərinə görə, yolun təmiri ilə bağlı dəfələrlə müraciət etsələr də, indiyədək heç bir nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurum yolun mövcud vəziyyətindən xəbərdardır.
Qeyd olunub ki, yolun yenidən qurulması ilə bağlı layihə hazırlanıb və hazırda təsdiq mərhələsini gözləyir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












