Palçıqlı yollardan təngə gələn sakinlərdən şikayət: Bezmişik - VİDEO

Şabran şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri illərdir yolların yararsız vəziyyətdə olmasından şikayət edirlər. Sakinlərin sözlərinə görə, mövcud vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır.
Avtosfer.az xəbər verir ki, məhəllə sakinləri problemi belə təsvir edirlər:
"Məhəlləmiz bərbad gündədir. Buradan məktəblilər, yaşlı insanlar keçirlər. Uşaqlar palçığa yıxılır, məktəbə gedə bilməyib geri qayıdırlar. Dəfələrlə müraciət etmişik, gəlib baxırlar, amma heç bir tədbir görülmür".
Məsələ ilə bağlı Şabran şəhər icra nümayəndəsi Orxan Kərimov problemin maliyyə və relyef çətinlikləri ilə bağlı olduğunu qeyd edib:
"Aprel ayında yağan intensiv yağışlar Şabran rayonuna, o cümlədən şəhərin Məhəmməd Əsədov küçəsinə ciddi ziyan vurub. Küçə çox enişli-yoxuşlu, mürəkkəb relyefə malik olan bir küçədir. Orada təmir işləri aparmaq üçün böyük maliyyə vəsaiti lazımdır. Hazırkı büdcəmizlə bunu etmək mümkün deyil. Növbəti illərdə vəsait olduğu təqdirdə, əsaslı təmir nəzərdə tutulub. Lakin növbəti günlərdə yuyulan çınqıl örtüyünün yenidən bərpa olunması nəzərdə tutulub".
Daha ətraflı Baku TV-nin süjetində:
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI










