Paşinyanın yeni yol təklifinə Azərbaycandan REAKSİYA

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyədən Azərbaycana yükdaşıma üçün Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutunu təklif edib.
O bildirib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, rəsmi İrəvan bu istiqaməti dərhal tranzit üçün açmağa hazırdır. "Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, - Paşinyan qeyd edib.
Ancaq Paşinyanın təklif etdiyi yola münasibət birmənalı deyil.
Xəritəyə əsasən, Paşinyanın təqdim etdiyi marşrut Türkiyə-Ermənistan sərhədindəki Marqara keçid məntəqəsindən başlayır. Yüklər əvvəlcə İğdır vilayətindən Arpaçay körpüsü üzərindən Ermənistana daxil olacaq, daha sonra Yeğeqnadzor (Vayots Dzor vilayəti) və Sisian (Sünik vilayəti) şəhərlərindən keçərək Gorusa, oradan isə Kornidzor istiqamətinə hərəkət edəcək. Kornidzor kəndi Azərbaycan sərhədinə, yəni keçmiş Laçın dəhlizinin başlanğıc nöqtəsinə çox yaxındır. Azərbaycan tərəfi hələlik təklifə reaksiya verməyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Azərbaycanın Türkiyə ilə əlaqəsi üçün heç də bu marşruta ehtiyac yoxdur:
“Türkiyə ilə əlaqəmiz Gürcüstan vasitəsilə baş tutur. Həm dəmir yolu, həm də avtomobil yolu mövcuddur. Bunlar yolun içərisində Sisian və Gorus var deyirlər. Belədirsə, həmin Sisian və Gorusu Naxçıvandan kommunikasiya üçün açsınlar. Türkiyə də oradan gəlib keçə bilər”.

Parlamentari vurğulayıb ki, Ermənistan belə təkliflərlə Zəngəzur dəhlizini gündəmdən çıxara bilməz:
“Ona görə ki, dəmir yolu oradan keçir. Onlar hesab edirlər ki, ora dəmir yolu üçün qalsın, avtomobil yolu isə Sisian-Gorus yolundan istifadə edilsin. Bizə birinci növbədə Naxçıvandan avtomobil yolu ilə kommunikasiyanın açılması lazımdır. Dəmir yolu Naxçıvandan yüklərin daşınması üçün, insanların keçidi üçün təmin olunacaqsa, buyursunlar. Ermənilər bizim yoldan keçə bilmirlər. Sadəcə olaraq, qazax və rus yükləri Azərbaycandan keçərək Gürcüstan vasitəsilə Ermənistana daxil ola bilər. Bunlar da yolu sadəcə Türkiyə avtomobilləri üçün açmaq istəyirlər. İnanmıram ki, Türklərin bu yolda elə də böyük marağı olsun”.
Xatırladaq ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.(modern.az)
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO
"Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park - VİDEO
Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək - Təhsildə yenilik
"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS
Metroda qiymətlər dəyişəcək? - AÇIQLAMA
Qara Qarayev prospektində həll olunmayan yol problemi - ŞİKAYƏT - FOTO - VİDEO
“... Sosial vəziyyət getdikcə daha da ağırlaşacaq” - DEPUTATDAN ÇAĞIRIŞ
Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO
Əhaliyə taksilərlə bağlı pis xəbər – Bu, quraşdırılmayacaq
Azərbaycanda “kənd toyuğu” görünüşü verilən toyuqlar satılır – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ











