Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradır - "Hamı qorxu içindədir..." - VİDEO

Paytaxtda aparılan tikinti işləri bəzi sakinlər üçün ciddi problemlər yaradır. Köçürülməyə razılaşmayan vətəndaşlar səs-küy, toz-duman və təhlükəsizlik riskləri ilə üz-üzə qalırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku TV”nin əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün tikinti işləri aparılan ərazilərdən birində olub.
"Tikinti zamanı bura bir dəfə uçdu, dağıldı. Uşaq var, böyük var, hamı qorxu içindədir. Kimə deyək? Şikayət edirik, eşidən yoxdur", - deyə sakinlərdən biri bildirib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, tikinti aparılan ərazilərdə təhlükəsizlik məsələsi mütləq ön planda olmalıdır: "Ətrafda məskunlaşan sakinlərin həyat və sağlamlığı üçün heç bir təhlükə riski yaranmamalıdır".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti meydançasında yanğın təhlükəsizliyinin, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitinin təmin edilməsi, həmçinin tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsi sifarişçi təşkilatın birbaşa vəzifəsidir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri zamanı yarana biləcək təhlükələrdən qorunması və mümkün qəzaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir.
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










