Polis işğaldan azad olunan ərazilərdə tədbirlər keçirdi - FOTO - VİDEO

Polis işğaldan azad olunan ərazilərdə sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirib.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın dörd bir yanında, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan
Qarabağ torpaqlarında polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.
Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində səfalı torpaqlarımızın füsunkar təbiətinə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf-mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.
Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO














