Banner

Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ

Sosial 26 Oktyabr 2026 20:30
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
WhatsApp kanalımıza abunə olun

Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı ticarətin təşviqi məqsədilə tətbiq olunan Preferensial Ticarət Sazişi bir sıra məhsullar üzrə gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur.

Avtosfer.az xəbər verir ki, 2024-cü il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərlə sazişin əhatə dairəsi sənaye məhsullarını da əhatə edib və Türkiyə mənşəli bu cür qida və sənaye məhsullarına güzəştlər tətbiq olunub.

Azərbaycanda bəzi güzəştli ticarət rejiminə daxil olan məhsulların qiymətinin artması bu güzəştlərin istehlakçıya nə dərəcədə təsir etdiyini gündəmə gətirir. İdxal xərcləri, daşınma və saxlama məsrəfləri, eləcə də satış zəncirindəki qiymət siyasəti son qiymətə təsir göstərə bilən amillərdəndir. Xüsusilə sazişə əsasən su butulkaları, paltaryuyan maşınlar, karton qutuların ölkəmizə gətirilməsində müəyəyn vergi və rüsumlarda güzəştlər tətbir edilir. Bəs tətbiq olunan gömrük güzəştləri məhsulların qiymətində niyə hiss olunmur və bahalaşmanın əsas səbəbləri nələrdir?

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib ki, bahalaşmanın səbəblərini dəqiq bildirmək üçün əvvəlcə bu istiqamətdə bütün statistikalara əlçatanlıq olmalıdır.

“Lakin ümumilikdə bu məhsulların bahalaşmasının bir neçə səbəbi ola bilər. Bu məhsulların bahalaşmasının səbəbi kimi Türkiyədəki inflyasiyanı göstərmək olar. Ölkəmizdə dollar sabitdir, heç bir məzənnə dəyişikliyi olmur. Türkiyədə tək lirayla yox, dollarla nisbətdə də qiymət qalxır. Məhsulların qiymətləri təkcə lirayla qalxsaydı, bizdə ciddi bir fərq eləməzdi. Dollar nisbətində də qiymətlər qalxır, çünki dünyada logistika xərclərinin artması da buna birbaşa təsir edir. Türkiyə, bilirsiniz ki, paltaryuyan maşını özü istehsal etsə də, bir neçə ölkədən, ona yaxın ölkədən onun detallarını alır. Nəticə etibarilə, bu da qiymət artımına səbəb olan faktora çevrilir”.

Səfər

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh