Qarabağa qayıdanların evləri kimlərə veriləcək? - VİDEO

Artıq 15 mindən çox keçmiş məcburi köçkün öz el-obalarına qayıdıb.
Avtosfer.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, eləcə də yataqxana, sanatoriya kimi müxtəlif müvəqqəti məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.
Doğma yurdlarına qayıdanların köçkün qəsəbələrindəki evləri və şəhərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək aqibəti maraq doğurur.
Bəs, Qarabağa qayıdan köçkünlərin evlərinin aqibəti necə olacaq?
Millət vəkili Azər Badamov bildirib ki, dövlət keçmiş məcburi köçkünləri yaşayış şəhərciklərində yerləşdirəndə həmin mənzillər məcburi köçkünlərin və qaçqınların mülkiyyətinə verilməyib: “Bu onlar üçün yaşayış yeri kimi müəyyənləşmişdi. Torpaqlar işğaldan azad edildikdən sonra onların doğma yurdlarında daimi yaşayış yerlərinin qurulması nəzərdə tutulub. Əvvəldən yerləşdirilmiş mənzillər və evlər isə müvafiq qurumun büdcəsinə qaytarılır. Həmin mənzil digər ehtiyacı olan vətəndaşların istifadəsinə verilir”.
Daha ətraflı İTV-nin videomaterialında:
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










