Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?

Son zamanlar kirayəçi və ev sahibi arasında yaranan qeydiyyat problemləri ilə bağlı suallar artmaqdadır. Çünki rəqəmsallaşma dövründə dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsi lazım gəlir. Məsələn, sosial yardım, müavinət almaq və icbari tibbi xidmətlər və s. üçün qeydiyyat tələb olunur. Ev sahibi də bunları nəzərə alır, başqa sözlə insanlıq göstərir, anlayışlı davranır, günün birində isə etdiyi yaxşılığın cəzasını çəkir. Kirayəçi mənzildə uzun müddət yaşamasını, qeydiyyatda olmasını səbəb gətirərək evdən pay hüququ tələb edir.
Bəs bütün bu sadalananlar kirayəçi üçün mülkiyyət hüququ yaradırmı?
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Rafiz Hətəmov Bizim.Media-ya deyir ki, təkcə uzun müddət hansısa evdə yaşamaq və ya ev sahibi ilə dostluq-qohumluq əlaqəsi olmaq kirayəçiyə mənzildən pay hüququ vermir. Pay yalnız mülkiyyət hüququ verən sənədlə əldə olunur.
Əgər kirayənişin öz vəsaiti ilə evi əsaslı təmir etdiribsə, yaxud mənzilin yığılıb qalmış kommunal haqlarını ödəyibsə, o zaman evdən pay ala bilərmi?
Hüquqşünas bu halda da kirayənişin arzusunun ürəyində qalacağını deyir. Belə məqamda kirayəçi yalnız mülki iddia qaldırıb çəkdiyi xərclərə görə kompensasiya tələb edə bilər:
"Kirayəçi xərc çəkdiyi üçün evə ortaq ola bilməz. Mənzil yenə də sahibinin mülkiyyəti olaraq qalır. Burda bir nüans var ki, kirayə qalan şəxs evi ciddi təmir edibsə və bu təmirdən sonra mənzilin satış dəyəri artıbsa, o zaman məhkəmədə iddia qaldırıb o vəsaitdən payını tələb edə bilər, lakin evə mülkiyyətçi tələbi qoya bilməz. Yaxud da kirayə müqaviləsində göstərilən aylıq kommunal ödənişlərindən əlavə, əvvəldən qalmış borcları da ödəyibsə, bunu da sübutla tələb edib çəkdiyi xərcləri götürə bilər”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










