Qəzalı binaların sökülməsi ilə bağlı YENİ AÇIQLAMA - Kompensasiya məbləği...

"Söküntü mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə Bakının bir sıra rayonlarını əhatə edəcək. İlk olaraq Binəqədi, Nərimanov, Nəsimi, Pirallahı, Səbail və Yasamal rayonlarında qəzalı binaların sökülməsi nəzərdə tutulur". Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, növbəti mərhələlərdə isə proses tədricən paytaxtın bütün rayonlarını əhatə edəcək:
"Qeyd etmək lazımdır ki, Bakının demək olar ki, bütün ərazilərində qəzalı yaşayış binaları mövcuddur. Gələcəkdə bu proqram Sumqayıta və ölkənin digər şəhər və rayonlarına da şamil ediləcək. Kompensasiya mexanizminə gəldikdə isə, hazırda iki əsas yanaşma mövcuddur. Birinci variantda müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş vahid qiymət tətbiq olunur. Məsələn, Yasamal rayonu üzrə artıq bir sıra hallarda kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. İkinci yanaşmada isə açıq müsabiqə yolu ilə seçilmiş müstəqil qiymətləndirici şirkətlər satınalma prosesi çərçivəsində əmlakın bazar dəyərini müəyyən edirlər. Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır. Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin".
AQC sədri əlavə edib ki, sözügedən layihə sadəcə söküntünü deyil, eyni zamanda Bakının tarixi və memarlıq simasının qorunması şərti ilə şəhərin kompleks şəkildə yenidən qurulmasını nəzərdə tutur:
"Layihə çərçivəsində nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, müasir infrastrukturun yaradılması və şəhər mühitinin keyfiyyətinin artırılması planlaşdırılır. Bu dəyişikliklərin nəticəsində Bakı daha müasir, Avropa paytaxtlarının standartlarına uyğun şəhər modelinə çevriləcək ki, bu da Azərbaycanın siyasi və iqtisadi mərkəzi statusuna tam uyğundur. Kompensasiya məbləğləri ilə bağlı regionlar üzrə də təkliflər irəli sürülüb. Məsələn, Sumqayıt şəhərində kvadratmetr üçün 2000–2500 manat aralığında kompensasiya məbləğinin müəyyən edilməsi təklif olunur. Digər şəhər və rayonlarda isə qiymətləndirmə prosesi aparıldıqdan sonra konkret rəqəmlər müəyyən edilməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, kompensasiya məbləğini investorun özü müəyyən etməməlidir. Çünki bu, bir çox hallarda vətəndaşlarla investor arasında qarşıdurmaya səbəb olur. Təcrübədə dəfələrlə müşahidə edilib ki, bu cür mübahisələr sonradan dövlət qurumlarına yönəlir. Məhz buna görə də Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa uyğun olaraq kompensasiya məbləği yalnız müstəqil və akkreditə olunmuş qiymətləndirici təşkilatlar tərəfindən müəyyən edilməlidir".
Sürücülərin kabusuna çevrilən kanalizasiya lükləri: Bir küçə, onlarla təhlükə - FOTO - VİDEO
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Hövsanın yararsız vəziyyətdə olan küçələri – Şikayətə baxan yoxdur – VİDEO
Xocəsəndəki marşrut avtobusunun vəziyyətindən vətəndaşlar NARAZIDIR – ŞİKAYƏT - FOTO
Şagirdlərə planşet paylanacaq? - Təhsildə yeni dövr: AÇIQLAMA
Masazırda maklerlər gölü dolduraraq sakinlərin "evini yıxır" - VİDEO
Bu sahədə çalışanların pensiyası arta bilər
"Uşaqlar dizə kimi palçıq içində gəlirlər" - Bərbad vəziyyətdə olan məktəb yolu - VİDEO
Yeniyetmələrə cib bıçaqlarının satılmasına qadağa qoyulsun - VİDEO
Yolları bərbad vəziyyətdə olan qəsəbə: Səki, asfalt, işıqlandırma yoxdur - VİDEO
Bu şəxslərin maaşları artacaq - ŞAD XƏBƏR!











