“Qız qaçıranları” hansı cəza gözləyir? - HÜQUQŞÜNAS

Azərbaycanda bəzi hallarda “qız qaçırma” kimi təqdim olunan hallar əslində ciddi cinayət əməli hesab olunur.
Bəs belə hallarda qanun hansı məsuliyyəti nəzərdə tutur?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Etibar Qarayev bildirib ki, qızın zorla qaçırılması birbaşa cinayət tərkibi yaradır:
Onun sözlərinə görə, bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən adam oğurluğu kimi qiymətləndirilir və 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Eyni əməl ağırlaşdırıcı hallarla törədildikdə – yəni zor tətbiq edildikdə, bir qrup şəxs tərəfindən həyata keçirildikdə və ya digər hallarda cəza daha da sərtləşir. Bu zaman təqsirkar şəxs 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Bundan əlavə, əgər bu cinayət yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilərsə və ya ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə, yaxud digər ağır nəticələrə səbəb olarsa, qanunvericilik daha ağır cəza nəzərdə tutur. Belə hallarda 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə tətbiq edilir”.
Mütəxəssis vurğulayır ki, “ənənə” və ya “razılıq” adı altında baş verən bu cür hallar hüquqi baxımdan ciddi məsuliyyət yaradır və heç bir halda qanunla əsaslandırıla bilməz.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












