Qızılın dünya bazarında bahalaşmasının səbəbi həm də İrandır – NATİQ CƏFƏRLİ

Artıq 1 aydan çox müddətdir ki, İranı bürüyən etiraz aksiyaları ölkənin iqtisadiyyatına ciddi ziyan vurur. Digər tərəfdən İran İslam Respublikasına Qərbin tətbiq etdiyi sanskiyalar uzun illərdir ölkənin milli valyutasının çöküşünə gətirib çıxarıb. Beynəlxalq ictimaiyyəti maraqlandıran isə İranda hazırda milli valyuta 0 ABŞ dolları ekvivalentində olmasının yaratdığı problemlərdir. Belə ki, bu ölkəyə yenə də idxal edilən mallar var. İranın anlaşıldığı qədər dollar ehtiyatı bitib. Bəs İran idxal məhsullarının qarşılığını necə verir? İranın dəyərsiz kağızlarını hansısa malın qarşılığı olması heç bir dövlət və şirkətə cəzbedici deyil. Belə olan halda İran iqtisadiyyatının bərpası necə mümkün olacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın idxal əməliyyatlarında son zamanlar qızıl üstünlük təşkil edir:
.png)
“İran artıq bir neçə ildir ki, qızıl alan ölkələrdən idi. İndi milli valyutasının 0 dollara bərabər olduğu ərəfədə idxal-ixrac əməliyyatlarını qızıl müqavilində həyata keçirməyə çalışır. Son zamanlarda qızılın qiymətində kəskin artım olmasının səbəbi həm də İran idi. İran qızıla olan ehtiyacını ödəmək üçün bazara daha çox müdaxilə edib qızıl alırdı, indi hətta öz əhalisindən də alır. Ona görə də illərdir çökən İran rialı əvəzinə, idxal-ixrac əməliyyatlarında qızıl çox önəmli rol oynayır”.
Səfər
Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR










