Sabah bu şəxslər evdən çıxmasın - RİSK VAR

Sabah Yer kürəsində şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimal olunur. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Günəşdə baş verən yüksək aktivlik nəticəsində Yerə doğru yönəlmiş plazma axınları fonunda güclü (G3), hətta şiddətli (G4) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər.
Bəs kimlər risk altındadır, nələrə diqqət edilməlidir?
Avtosfer.az xəbər verir ki, geomaqnit qasırğası Günəşdən atılan yüksək enerjili hissəciklərin Yer atmosferi və maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu proses təkcə texniki sistemlərə deyil, eyni zamanda insan sağlamlığına da təsirsiz ötüşmür.
Mütəxəssislərin fikrincə, geomaqnit qasırğaları xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, arterial təzyiq problemi olan şəxslər, nevroloji xəstəlikləri olanlar, yaşlı insanlar, hamilə qadınlar və meteohəssas şəxslər üçün risklidir.
Belə günlərdə baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, təzyiqin yüksəlməsi və ürək döyüntülərinin artması halları daha çox qeydə alına bilər. Bununla yanaşı, güclü geomaqnit qasırğalarının texnoloji infrastruktur üçün də müəyyən təhlükələr yaratdığı bildirilir. Belə ki, peyk və GPS sistemlərində müvəqqəti nasazlıqlar, radio və mobil rabitədə kəsintilər, elektrik şəbəkələrində yüklənmələr, eləcə də aviasiya və dəniz naviqasiyasında çətinliklər yarana bilər.
Mütəxəssislər risk qrupuna daxil olan şəxslərə bu günlərdə daha diqqətli olmağı tövsiyə edirlər. Fiziki və psixoloji gərginlikdən uzaq durmaq, kifayət qədər istirahət etmək, yuxu rejiminə əməl etmək, ağır qidalar və spirtli içkilərdən çəkinmək, bol maye qəbul etmək tövsiyə olunur. Özünü narahat hiss edən şəxslərin isə vaxt itirmədən həkimə müraciət etməsi məsləhət görülür.
Qeyd edək ki, geomaqnit qasırğalarının təsiri adətən qısa müddətli olur. Lakin həssas qruplara aid olan şəxslərin bu cür günlərdə sağlamlıqlarına xüsusi diqqət yetirmələri vacib sayılır./sfera.az
Bakıda sakinləri təngə gətirən yol problemi - Müraciətimizə baxan yoxdur - VİDEO
Taksi sürücüsü sizi yarı yolda düşürə bilərmi? – AÇIQLAMA - VİDEO
Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO
Sumqayıtda ağacları günün günorta çağı yoxa çıxartdılar - FOTO
“Sehrli qələm”dən istifadə edənlərin imtahan nəticələri ləğv edilə bilər – TƏHSİL EKSPERTİ
Bu il 23 min tələbə magistr adı qazanmaq uğrunda mübarizə aparacaq – EKSPERT
Azərbaycanda yeni trend: Qan və məzar torpağından hədiyyə nə məna verir? – Psixoloq İZAH ETDİ
Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi
Bakıda yaşayış üçün riskli olan binalar - 1194-ü qeydiyyata alındı
Sevgini qan və məzar torpağı ilə sübut edirlər - Bakıda yeni təhlükəli dəb - VİDEO
Mayda ödənişlər tam həcmdə veriləcək - Mühüm dəyişiklik - VİDEO










