Sabah bu şəxslər evdən çıxmasın - RİSK VAR

Sabah Yer kürəsində şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimal olunur. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Günəşdə baş verən yüksək aktivlik nəticəsində Yerə doğru yönəlmiş plazma axınları fonunda güclü (G3), hətta şiddətli (G4) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər.
Bəs kimlər risk altındadır, nələrə diqqət edilməlidir?
Avtosfer.az xəbər verir ki, geomaqnit qasırğası Günəşdən atılan yüksək enerjili hissəciklərin Yer atmosferi və maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu proses təkcə texniki sistemlərə deyil, eyni zamanda insan sağlamlığına da təsirsiz ötüşmür.
Mütəxəssislərin fikrincə, geomaqnit qasırğaları xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, arterial təzyiq problemi olan şəxslər, nevroloji xəstəlikləri olanlar, yaşlı insanlar, hamilə qadınlar və meteohəssas şəxslər üçün risklidir.
Belə günlərdə baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, təzyiqin yüksəlməsi və ürək döyüntülərinin artması halları daha çox qeydə alına bilər. Bununla yanaşı, güclü geomaqnit qasırğalarının texnoloji infrastruktur üçün də müəyyən təhlükələr yaratdığı bildirilir. Belə ki, peyk və GPS sistemlərində müvəqqəti nasazlıqlar, radio və mobil rabitədə kəsintilər, elektrik şəbəkələrində yüklənmələr, eləcə də aviasiya və dəniz naviqasiyasında çətinliklər yarana bilər.
Mütəxəssislər risk qrupuna daxil olan şəxslərə bu günlərdə daha diqqətli olmağı tövsiyə edirlər. Fiziki və psixoloji gərginlikdən uzaq durmaq, kifayət qədər istirahət etmək, yuxu rejiminə əməl etmək, ağır qidalar və spirtli içkilərdən çəkinmək, bol maye qəbul etmək tövsiyə olunur. Özünü narahat hiss edən şəxslərin isə vaxt itirmədən həkimə müraciət etməsi məsləhət görülür.
Qeyd edək ki, geomaqnit qasırğalarının təsiri adətən qısa müddətli olur. Lakin həssas qruplara aid olan şəxslərin bu cür günlərdə sağlamlıqlarına xüsusi diqqət yetirmələri vacib sayılır./sfera.az
Kartlardan silinən pullar geri qayıdacaq?
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO










