Sakinlərin kabusuna çevrilən yollar - "Qışda vəziyyət daha da pisləşir" - VİDEO

Saatlı rayonunun Orta Muğan kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, illərdir davam edən bu problem sakinlərin gündəlik həyatına və təhlükəsizliyinə ciddi təsir göstərir.
Kənd sakinləri yolların keçilməz olmasının yaratdığı fəsadları belə ifadə edirlər:
"Biz neçə illərdir bu vəziyyətdə yaşayırıq. Xeyir-şərimiz çox çətin keçir. Qışda vəziyyət daha da pisləşir, hətta mağazaya çörək almağa belə gedə bilmirik. Mal-qara da palçıq içində, pis vəziyyətdə qalır. Kəndə təcili yardım gələ bilmir. Nəvəm xəstə olanda onu qucağımda daşımaq məcburiyyətində qalmışam".
Məsələ ilə bağlı Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərov problemin həlli üçün plan hazırladıqlarını qeyd edib:
"Bizim nəzərdə tutduğumuz qrafikə əsasən, 2026-cı ilin iyun ayına qədər həmin yolların ən vacib hissələrinə çınqıl töküləcək. Beləliklə, yollar qismən də olsa, bərpa edilərək yararlı vəziyyətə gətiriləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?
Bakıda güclü yağış fəsadlar törətdi: Bəzi əraziləri su basdı - VİDEO
Gecikdirilən təqaüdlər tələbələrə faizlə qaytarılacaq?
Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR










