Şəhərin mərkəzində sürücülər üçün təhlükə - Kanalizasiya lükləri ... - VİDEO

Gəncə şəhərinin mərkəzində kanalizasiya lüklərinin asfalt örtüyündən daha aşağı səviyyədə yerləşməsi hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, ərazidə hər hansı xəbərdaredici nişanın olmaması sürücüləri real təhlükə ilə üz-üzə qoyur və nəqliyyat vasitələrinə ziyan vurmaq riski yaradır. Oxu.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, artıq problem həll olunub. "Şəhərin Təbriz prospektində aparılan qazıntı işləri təmir-bərpa prosesindən sonra yenilənmiş asfalt örtüyünün altında qalan içməli və çirkab su, eləcə də telekommunikasiya quyularının yol səviyyəsi ilə eyni hündürlüyə gətirilməsi məqsədilə həyata keçirilib. Quyuların ətrafı betonlanaraq yol səviyyəsinə uyğunlaşdırılıb və təhlükəsizlik məqsədilə nişanverici lentlə haşiyələnib. Beton tam quruduqdan sonra quyuların ətrafına yerləşdirilmiş maneələr götürüləcək", - deyə məlumatda vurğulanıb.

Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI
DSX müsabiqə elan etdi - VİDEO
Bakıya yağan dolunun səbəbi AÇIQLANDI - VİDEO
İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ
Azərbaycanda məşhur bazar sökülür - Avtomobil yolu genişləndirilir - VİDEO
Bulvarda gülləri əzənlər məşhur blogerlər imiş - ADLAR - FOTOLAR
Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA










