Sənədsiz evlərə kommunal xidmətlərin çəkilməsi bu cür həyata keçiriləcək - DETALLAR

Azərbaycanda son illərdə qəbul edilən qərarlara əsasən, çıxarışı (kupçası) və ya tikintiyə rəsmi icazə sənədi olmayan evlərin qaz, su və elektrik kimi kommunal şəbəkələrə qoşulması məhdudlaşdırılıb. Bu qaydaların əsas məqsədi qanunsuz tikililərin qarşısını almaq və şəhərsalma normalarına nəzarəti gücləndirməkdir. Lakin praktikada bəzi hallarda sənədsiz evlərə qeyri-rəsmi yollarla sayğac quraşdırılması və kommunal xətt çəkilməsi iddiaları da səslənir. Bu isə gələcəkdə həm hüquqi, həm də sosial problemlər yarada bilər. Hansı problemlərə səbəb ola bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov deyib:
“Həqiqətən də qanunsuz evlərin dövriyyəsini azaltmaq məqsədilə 2024-cü ilin oktyabr ayında qərar qəbul olundu ki, aidiyyəti dövlət qurumları sənədlərə uyğun olmayan ünvanlara kommunikasiya xətləri ayırmasınlar”.
“Lakin bəzi mənbələrdə bu kimi halların təkrarlanması qeyd olunur. Yəqin ki, dolayı yollarla kimsə bundan sui-istifadə edir. Yaxud da köhnə müraciətlər ola bilər ki, bunların əsasında bəzi şəxslərə bu kimi kommunikasiyalar ayrılır”, – deyə ekspert əlavə edib.
Elnur Azadovun sözlərinə görə, bəzən kimsə həyət sahəsini ayırır. Və öz həyət sahəsində ayrılan xətdən yeni bir abonent yaradır.
“Son illər ərzində daşınmaz əmlakın normadan çox, yəni 70 faiz bahalaşması ciddi bir rəqəmdir. Qanunsuz tikililərin ərsəyə gəlməsinə birbaşa təsir edir. Əmlak 2-3 dəfə ucuz olsa, bu kimi qanunsuz tikililərin ərsəyə gəlməsi üçün ciddi səbəb olmaz” — E. Azadov qeyd edib.
İşbazlardan bəhs edən ekspert deyib:
“İşbazlar burada ciddi qazanc görür. Onlar dolayı yolla bir sot torpaq götürür, ev tikirlər. Nəticə etibarilə bu qanunsuz tikili şərti olaraq 25 min manata başa gəlir. Amma əmlakın bazarda satış qiyməti 40-50 min manatdırsa, burada birbaşa ciddi qazanc əldə edirlər. İşbazlar hər bir yolla çalışırlar ki, həmin evlərə vacib kommunikasiyalar qoşsunlar. Qaz və kanalizasiya olmasa belə, ən vacib şərt elektrik xəttinin olmasıdır. Bununla da vətəndaşların gəlirinin az olmağını, seqmentdə tələbatın çoxluğunu nəzərə alaraq, bu kimi evləri ərsəyə gətirib satışları həyata keçirirlər”.
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü










