Sevgini qan və məzar torpağı ilə sübut edirlər - Bakıda yeni təhlükəli dəb - VİDEO

Son zamanlar sosial media paylaşımlarında qeyri-adi və bir o qədər də mübahisəli yeni bir dəb geniş vüsət alıb. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini sübut etmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanan aksesuarlar, təsbehlər və boyunbağılar hədiyyə edirlər. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir. Aksesuar hazırlayan ustaların sözlərinə görə, bu növ sifarişlərə maraq kifayət qədər yüksəkdir. Müştərilər öz genetik materiallarını (saç, qan) təqdim edərək onlardan boyunbağı və ya təsbeh hazırlanmasını istəyirlər. Hətta bəzi hallarda dünyasını dəyişmiş şəxslərin geyimindən bir parça və ya qəbir torpağı da bu "hədiyyələrin" tərkib hissəsinə çevrilir. Lakin cəmiyyətdə bu trend birmənalı qarşılanmır.
Tanınmış həkim, professor Adil Qeybulla bu prosedurun yaratdığı tibbi təhlükələr barədə xəbərdarlıq edib. O bildirib ki, qan götürülməsi yalnız xəstəxana şəraitində, steril mühitdə həyata keçirilməlidir:
"Qan götürülməsi proseduru müstəsna şəkildə tibb müəssisəsində icra olunmalıdır, çünki burada sterilliyin gözlənilməsi həlledici şərtdir. Ev şəraitində qan götürülməsi və onun hansısa məqsədlə istifadəsi tamamilə yolverilməzdir. Bəzi insanların qanında Hepatit və ya HİV (QİÇS) kimi təhlükəli infeksiyalar ola bilər. Qeyri-peşəkar müdaxilə zamanı bu viruslar həm qanı götürən, həm də onunla təmasda olan şəxslərə keçə bilər".
İlahiyyatçı Tural İrfan isə bu trendin mənəvi tərəfinə toxunaraq, bunun dinimizə zidd olduğunu vurğulayıb. O, bu cür hərəkətlərin heç bir halda sevgi və ya sədaqət nümunəsi ola bilməyəcəyini qeyd edib:
"Bu məsələlər xarici təsirlər nəticəsində formalaşan satanizmin, şeytanpərəstliyin və cadugərliyin elementlərini ehtiva edir. İnsanın öz əzalarını və bioloji qalıqlarını bu cür işlərdə məsrəf etməsi, belə məsələlərə qərar verməsi dinimiz tərəfindən qətiyyətlə rədd edilir. Bu, insana xoşbəxtlik gətirən bir addım deyil və heç kimin məhəbbətinin isbatı kimi qəbul edilə bilməz".
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI
DSX müsabiqə elan etdi - VİDEO
Bakıya yağan dolunun səbəbi AÇIQLANDI - VİDEO
İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ
Azərbaycanda məşhur bazar sökülür - Avtomobil yolu genişləndirilir - VİDEO
Bulvarda gülləri əzənlər məşhur blogerlər imiş - ADLAR - FOTOLAR
Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA








