"Şikayət etdiyiniz qurumlara məndən salam deyin" - Gözəllik salonundan şok cavab - VİDEO

Vətəndaş Nigar Güləhmədova bədənşəkilləndirmə proseduru üçün müraciət etdiyi "By Mahsati" gözəllik salonundan şikayətçidir.
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, prosedur üçün ödəniş etsə də, xidmət göstərilməyib və vəsaiti geri qaytarılmayıb:
"100 manat ödəniş etdim. Dedilər ki, sabah yox, birisi gün prosedur təyin ediləcək. Bir gün gözlədim, ikinci gün isə heç bir məlumat verilmədi. Yenidən müraciət edib pulumu geri qaytarmağı tələb etdim. Cavab olaraq bildirildi ki, "pul qaytarmırıq, hara istəyirsiniz, müraciət edin, müraciət etdiyiniz təşkilatlara məndən də salam deyərsiniz".
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2025-ci ildə sözügedən mərkəzlə bağlı agentliyə 5 istehlakçı müraciəti daxil olub.
"Keçirilmiş araşdırmanın nəticələrinə əsasən, 2 müraciət üzrə müraciət edən şəxslərə qanunvericiliyə uyğun izahat və tövsiyələr verilib. Digər müraciətlər üzrə araşdırmalar davam etdirilir. 2026-cı ildə isə həmin mərkəzlə bağlı 1 istehlakçı müraciəti daxil olub və hazırda bu müraciət üzrə araşdırma aparılır".
Kitabı tonqala atmaq mədəniyyətə qarşı açıq hücumdur - SOSİOLOQ
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?










