Sosial şəbəkələrdə "ucuz yaxta turu" tələsi: Vətəndaşlar nəyə diqqət etməlidir?

Cəmi 100 manat qarşılığında yaxta gəzintisi və ya dənizdə səhər yeməyi təklif edən sosial media səhifələri vətəndaşların diqqətini cəlb edir. Bu səhifələr insanları tələyə salaraq əvvəlcədən ödəniş tələb edir. Pul köçürüldükdən sonra isə ya əlaqə kəsilir, ya da belə bir xidmətin ümumiyyətlə mövcud olmadığı üzə çıxır.
Bu kimi problemlərlə üzləşməmək üçün vətəndaş hansı nüanslara diqqət etməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, bu tip təkliflərlə qarşılaşan vətəndaş ilk növbədə tələsmədən məlumatın doğruluğunu mütləq aidiyyəti dövlət qurumlarından dəqiqləşdirməlidir:
"Konkret olaraq yaxta ilə bağlı təqdim olunan məlumatların həqiqiliyini öyrənmək üçün Dəniz Gəmiçiliyi İdarəsinə və Dənizkənarı Bulvar İdarəsinə rəsmi sorğu göndərərək və ya birbaşa müraciət edərək dəqiq informasiya əldə etməsi vacibdir. Bu, mümkün dələduzluq hallarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Əgər vətəndaş artıq həmin təklif əsasında hər hansı ödəniş edibsə və aldadıldığını düşünürsə, vaxt itirmədən hüquq-mühafizə orqanlarına müraciət etməli, mövcud yazışmaları, ödəniş qəbzlərini və digər sübutları təqdim etməlidir. Bu, hadisənin araşdırılması və hüquqi tədbirlərin görülməsi üçün vacib addımdır".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












