Soyuq havada avtomobillər niyə gec işə düşür? – Sahil usta SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Havalar soyuyanda bir çox sürücü avtomobilin mühərriki və filtrləri ilə bağlı eyni problemlə qarşılaşır.
Səhər maşının açarını fırladırsan, amma mühərrik “dilə gəlmir”. Bəzən uzun-uzadı cəhdlərdən sonra mühərrik ağır-ağır işə düşür, bəzən isə ümumiyyətlə reaksiya vermir.
Avtosfer.az xəbər verir ki, xüsusilə dizel mühərriklərdə bu hal daha çox müşahidə olunur. Bəs bunun səbəbi nədir? Niyə bəzi avtomobillər soyuq havalarda sanki “üşüyür” və işə düşmək istəmir?
Avtomobil ustalarının sözlərinə görə, bu problem bəzən akkumulyatorun zəifliyindən, bəzən yanacağın tərkibindən, bəzən isə mühərrikin texniki vəziyyətindən qaynaqlanır. Amma səbəblər bununla bitmir soyuq hava avtomobilin bir çox sistemlərinə birbaşa təsir edir. Elə buna görə də qış yaxınlaşdıqca sürücülər avtomobillərinə xüsusi diqqət yetirməlidirlər.
Bəs, görəsən, soyuq havalarda mühərrikin “inadkarlığının” əsas səbəbi nədir və bu problemi necə aradan qaldırmaq olar?

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobillərdə dizel mühərrikləri ilə bağlı problemlər, xüsusilə havalar soyuyarkən daha çox üzə çıxır:
“Bunun əsas səbəblərindən biri közərmə şamlarıdır. Əgər közərmə şamları işləməzsə, soyuq havalarda dizel mühərriklərinin işə düşməsində gecikmələr yaranır. Mühərrikin istismar müddəti başa çatdıqdan sonra da, soyuq hava şəraitində onun işə düşməsi xeyli çətinləşir. Bundan əlavə, akkumulyatorlar qış aylarında öz güc mənbəyini itirdiyi üçün mühərrikin işə düşməsində əlavə çətinliklər yaranır. Yanacaq çənində suyun olması da mühərrikin işləməsinə mane ola bilər. Çəndə bir neçə qram, yaxud 100 qram və ya 1 litr su olduqda, havalar soyuyanda həmin su donaraq buz təbəqəsi əmələ gətirir və yanacağın mühərrikə axmasına mane olur. Nəticədə mühərrik işə düşmür”.
Sahil usta qeyd edib ki, benzin mühərriklərində isə əsasən şamlar (sveçalar) mühüm rol oynayır;
“Onların istismar müddəti bitdikdə mühərrik gec işə düşməyə başlayır. Eyni zamanda, injektorların (yəni farsunkaların) çirklənməsi də bu problemi yarada bilər. Qapayıcıların (zaslonka) çirklənməsi də mühərrikin normal işləməsinə mane olur.
Qış aylarında yanacaq nasosundakı təzyiqin azalması da mühərrikin gec işə düşməsinə səbəb ola bilər. Buna görə də, bu dövrdə istehsalçı tərəfindən tövsiyə edilən növ yanacaqdan istifadə etmək vacibdir.
Soyuq aylarda mühərrikin asanlıqla işə düşməsi üçün yüksək oktanlı benzin, yaxud da setanı normasında olan keyfiyyətli dizel yanacağı seçilməlidir. Bu, həm mühərrikin qorunmasına, həm də avtomobilin problemsiz şəkildə işə düşməsinə kömək edir”.
Fidan
"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO
Bu ailələrə 600 manat veriləcək
Bəzi ərazilərdə işıq yoxdur
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS
Metroda qiymətlər dəyişəcək? - AÇIQLAMA
Qara Qarayev prospektində həll olunmayan yol problemi - ŞİKAYƏT - FOTO - VİDEO
"Nəsimi" metrosunun çıxışında dərin çuxurlar sürücülərə təhlükə yaradır - FOTO - AÇIQLAMA
“... Sosial vəziyyət getdikcə daha da ağırlaşacaq” - DEPUTATDAN ÇAĞIRIŞ
Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO
Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
Əhaliyə taksilərlə bağlı pis xəbər – Bu, quraşdırılmayacaq











