“Süpürgə, fond, xlor pulu...” - VİDEO

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynlərdən 3 dəfə pul yığılıb. İndi isə Beynəlxalq müəllim günü münasibəti ilə 30 manat ödəmələri ilə bağlı tələb irəli sürülüb. Avtosfer.az xəbər verir ki, bu iddia ilə Bakıdakı 148 saylı tam orta məktəbin bəzi valideynləri şikayət ediblər:
“Süpürgə, fond, xlor pulu... Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır”.
Valideynlərin digər hissəsi isə iddiaların doğru olmadığını, məktəbdə indiyədək pul yığılması halına rast gəlmədiklərini bildiriblər. Sözügedən məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva səsləndirlən iddiaları təkzib edib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Ətraflı videomaterialda:
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











