Sürücülər hansı yanacaqdoldurma məntəqəsinə etibar edir? - SORĞU

Avtomobil idarə edən insanların böyük əksəriyyəti həftədə heç olmasa bir dəfə yanacaq doldurma məntəqələrinə (YDM) müraciət edir. Son günlər isə sosial şəbəkələrdə “yanacağın tam vurulmaması” ilə bağlı yayılan iddialar sürücülər arasında narahatlıq yaradıb.
Bu səbəbdən hamının ağlında eyni sual yaranıb: ən etibarlı YDM hansıdır?
Avtosfer.az xəbər verir ki, bu barədə Redaktor.az sürücülər arasında sorğu apararaq onların fikirlərini öyrənib:
21 yaşlı gənc sürücü Elşən bildirir ki, fərqli yanacaq növlərinə görə məntəqə seçimini dəyişir: "92 üçün "Azpetrol" və SOCAR, 95 üçün "Lukoil" yaxşıdır".
Avtoyuma sahibi Zahid bəy də dizel və benzin seçimində fərq olduğunu deyir: "Dizel üçün "Lukoil", benzin üçün isə "Azpetrol" daha keyfiyyətlidir".
Gənc xanım sürücü Hökümə isə yanacağı yalnız bir yerdən aldığını bildirdi: "Hər zaman maşınıma yanacağı "Azpetrol"dan vururam".
Taksi sürücüsü Qafar bəy şəhər daxilində demək olar ki, bütün məntəqələrdən istifadə etdiyini deyir: "Bütün günü yoldayam, hər cür yanacaq doldurma məntəqəsindən istifadə etmişəm. Məncə, ən yaxşısı "Azpetrol"dur. Necə deyərlər, "Azpetrol", yaxşı yol".
Evdar xanım Oksana isə avtomobilindən yalnız səhərlər övladlarını məktəbə aparmaq üçün istifadə etdiyini və daim eyni məntəqəyə üstünlük verdiyini deyir: "Yanacağı yalnız TOSOİL-dən alıram".
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










