Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR

Qaradağ rayonu ərazisində - Lökbatan -"Meyvəli" avtomobil yolunun vəziyyəti sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub. Qeyd edilib ki, xüsusilə "Meyvəli" ticarət mərkəzinin yaxınlığından keçən hissədə yol örtüyünün bərbad duruma düşməsi olması və bəzi yerlərdə çökmələrin yaranması nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı avtomobillərə ciddi ziyan vurur.

"Həmin ərazidə demək olar ki, hər gün kiminsə avtomobilinin təkəri partlayır və ya diski sıradan çıxır. Lökbatandan "Meyvəli" istiqamətində hərəkət edən sürücülər yaxşı bilir ki, bu yol çox təhlükəlidir. Abşeron Ticarət Mərkəzinin qarşısından keçən hissədə də yol tamamilə bərbad vəziyyətdədir. Əvvəl burada kanalizasiya xətti qururdular. Nə qədər vaxtdır yarımçıq saxlanılıb, heç bir iş də görülmür. Yolun vəziyyəti ilə nə kanalizasiya idarəsi maraqlanır, nə də yol idarəsi. Belə olmaz axı. Sürücülərə bu qədər maddi ziyan dəyir və bu, heç kimin vecinə deyil", - deyə şikayətdə bildirilir.

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən yolda kanalizasiya sisteminin yenidənqurulması layihəsinin icrası ilə bağlı ADSEA tərəfindən qazıntı işləri aparılıb.

"Qazılmış hissədə asfalt örtüyünün bərpası bu işləri aparan qurum tərəfindən dəyəri ödənilməklə təmin edilməlidir", - deyə A.Nəcəfli vurğulayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə Lökbatan hövzəsi üzrə kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi işləri icra edilir.
"Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinin icrasını davam etdirir.
Ümumi uzunluğu 23 kilometr, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək.
Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
Layihənin icrası tam başa çatdırıldıqdan sonra ərazinin asfalt örtüyü xidmətin müraciəti əsasında müvafiq qurum tərəfindən bərpa ediləcək", - deyə məlumatda bildirilib.
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Sosial ödənişlər SABAH ödəniləcək
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK - VİDEO
Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO










