Banner

Sürücünün yolda hərəkətin təşkili ilə bağlı iradına RƏSMİ AÇIQLAMA - VİDEO

Yol nişanları 13 Yanvar 2026 16:30
Sürücünün yolda hərəkətin təşkili ilə bağlı iradına RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolların və küçələrin xüsusilə pik saatlarda sıxlıq yaratdığı, sürücülərin müəyyən istiqamətlər üzrə uzun müddət dayanmalı olduğu məlumdur. Binəqədi rayonunda yol hərəkəti ilə bağlı problem sosial şəbəkədə gündəmə gəlib. Binəqədi rayonunda Yavər Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsi isə xüsusilə narahatlıq doğuran məntəqələrdən biridir.

Avtosfer.az xəbər verir ki, sürücülərdən biri bu kəsişmədəki vəziyyəti sosial şəbəkədə paylaşaraq narazılığını bildirib. Sürücü qeyd edib ki, Yavər Hüseynov küçəsindən Biləcəri istiqamətinə getmək mümkün deyil, lakin həmin küçədən tuneldən keçərək şəhər istiqamətinə getmək mümkündür. Belə olduğu halda, kəsişmədəki işıqfor Biləcəri enişi küçəsindən gələn sürücülərin hamısı üçün qırmızı işığı gözləməyə məcbur edir. O, təklif edir ki, bu kəsişməyə sağa dönənlər üçün işıqforun ayrıca seksiyası yaradılsın və bu istiqamətə həmişə yaşıl işıq verilsin. Bu, yol hərəkətini asanlaşdırar və sürücülərin vaxt itkisini azaldar.

Yerüstü Nəqliyyat Agentliyindən (AYDA) şikayətə cavab olaraq bildirib ki, işıqforun arxasında nizamlanan piyada keçidi mövcuddur: "Daimi sağa dönmə bölməsinin quraşdırılmaması piyadaların təhlükəsizliyinin təmin edilməsi və frontal konflikt riskinin aradan qaldırılması məqsədini daşıyır. Bu yolda əsas intensivlik düzünə hərəkət edən nəqliyyat axınlarının payına düşür. Sağa dönən nəqliyyat vasitələrinin sayı isə saatda 200–250 ədəd təşkil edir. Qeyd edilənləri nəzərə alsaq, daimi sağa dönmə bölməsinin quraşdırılmaması nəqliyyat sıxlığına səbəb ola bilməz. Əlavə olaraq, daimi bölmələrin piyada qəzalarının sayının artmasına yol açdığını nəzərə alsaq, sözügedən ərazidə tətbiq edilməməsi düzgün addım hesab edilir".
Nurcan Babək

Oxunub 676
ŞƏRH YAZ
Ad

E-mail

Şərh