Tailandda dizel kəskin bahalaşdı: Qiymətlər 1,5 dəfədən çox artdı

Xəbərlər 5 Aprel 2026 10:22
Tailandda dizel kəskin bahalaşdı: Qiymətlər 1,5 dəfədən çox artdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tailandda dizel yanacağının pərakəndə qiymətləri son bir ayda 50%-dən çox artaraq 1,5 dəfədən artıq bahalaşıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Banqkokda “Bangchak” enerji şirkətinin yanacaqdoldurma məntəqələrində palma yağı qarışıqlı dizelin qiyməti bir ay ərzində 29,94 batdan (0,92 dollar) 50,59 bata (1,55 dollar) qədər yüksəlib. Son sutkada isə qiymətlər əlavə olaraq 2,8 bat artıb. Premium dizelin qiyməti isə 70,94 bata (2,17 dollar) çatıb.

Bildirilir ki, qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətlərindəki dəyişkənlik fonunda subsidiyaların azaldılması qərarı ilə bağlıdır.

Qeyd olunur ki, qazohol və adi benzinin qiymətləri son günlər sabit qalsa da, bir ay ərzində orta hesabla 35-40% artıb. Banqkokdakı yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı müşahidə edilmir.

Yanacaq xərclərinin artması fonunda poçt xidmətləri müvəqqəti olaraq 3 bat (0,09 dollar) əlavə rüsum tətbiq edib. Eyni zamanda, ölkənin Enerji Tənzimləmə Komissiyası may-avqust aylarında elektrik tariflərinin 1,8% artırılacağını açıqlayıb.

Oxunub : 744
ŞƏRH YAZ
Ad

E-mail

Şərh