Taksi sürücüsü sizi yarı yolda düşürə bilərmi? – AÇIQLAMA - VİDEO

Taksi xidmətlərində sərnişinlərlə sürücülər arasında yaranan mübahisələr və hüquq pozuntuları məsələsi yenidən gündəmə gəlib. Xüsusilə sifariş zamanı tətbiqdə göstərilən avtomobil və sürücünün fərqli olması, sərnişinin əsassız şəkildə yarı yolda endirilməsi kimi hallar ciddi narazılıqlara səbəb olur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yenicag"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hüquq pozuntusunun xarakterindən asılı olaraq sərnişin müxtəlif qurumlara müraciət edə bilər.
Ekspertin sözlərinə görə, əgər sərnişinə qarşı nalayiq hərəkətlər edilərsə və hüquqları bir vətəndaş kimi pozularsa, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir:
“Əgər sərnişinin hüququ bir vətəndaş kimi pozulursa, yəni sərnişinə qarşı nalayiq hərəkətlər edilirsə, əlbəttə ki, bu zaman sərnişin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edə bilər”.
Ekspert bildirir ki, sürücü sifarişi qəbul etdisə, sizi mənzil başına çatdırmalıdır. Sərnişini yarı yolda endirmək üçün yalnız ciddi əsas (məsələn: sərnişinin sərxoş olması və ya xəbərdarlıqsız ev heyvanı daşıması) olmalıdır. Digər hallarda bu, qanunsuzdur.
Ətraflı videomaterialda:
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO










