Taksi və nəqliyyat qiymətləri ilə bağlı VACİB AÇIQLAMA: Qiymətlər bu halda yüksələ bilər...

Son günlər paytaxtda taksi xidmətlərindən istifadə edən vətəndaşlar qiymətlərin artdığını müşahidə edirlər. Taksidə qiymətlərin yüksəlməsi fonunda, ictimai nəqliyyatda dəyişiklik olmaması diqqət çəkir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.
Onun sözlərinə görə, taksi xidmətlərində qiymətlərin formalaşması bazar mexanizminə əsaslanır:
“Taksi qiymətləri dəyişən tarifdir. Bu, tələb-təklif əsasında formalaşır. Tövsiyə edilən qiymət olsa da, bu, əsasən günün saatlarına görə dəyişir. Yəni tıxacların çox olduğu vaxtlarda və ya sərnişin sayının artdığı pik saatlarda qiymətlər yüksəlir”.
Ekspert bildirib ki, ictimai nəqliyyatda isə vəziyyət tam fərqlidir:
“İctimai nəqliyyatda qiymətlər dövlət tərəfindən Tarif Şurası vasitəsilə tənzimlənir. Hazırda müvafiq qurumlar tərəfindən bu istiqamətdə hər hansı qiymət dəyişikliyi ilə bağlı qərar mövcud deyil”.
E.Cəfərov gələcəkdə ictimai nəqliyyatda müxtəlif qiymət siyasətlərinin tətbiq oluna biləcəyini də istisna etmir:
“Tariflər indiki kimi sabit qala bilər, eyni zamanda differensiallaşdırılmış sistemin də tətbiqi mümkündür. Bu, ictimai nəqliyyatın növünə, məsafəyə və hətta sutkanın saatlarına görə dəyişə bilər”.
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI










