Taksilərdə gedişhaqqı artıb? - AÇIQLAMA - VİDEO

Biri deyir gedişhaqqı qalxıb, digəri isə təkzib edir.
Avtosfer.az xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə taksilərdə qısa məsasfələr üçün gedişhaqqı qiymətlərinin ardığı ilə bağlı məlumatlar yayılıb. ''UBER'' taksi şirkətində ilkin qiymətin 4, ''Boltda'' isə 3 manat 50 qəpik olduğu deyilir.
Gediş haqqında artım olub-olmadığını öyrənmək üçün sürücülərin fikirlərini öyrəndik. Əksər sürücülər qiymətin artdığını desələr də, bəziləri bu fikri təkzib etdilər.
Qeyd edək ki, taksilərdə gedişhaqqı ən yaxın ünvana minumum gedişhaqqı 2.50 qəpik təşkil edirdi. Taksi sürücülərinin fikirlərindən belə başa düşmək olur ki, qiymətlərdə xüsusən də günün pik saatlarında artım var.
Məsələ ilə bağlı ''UBER''in mətbuat xidmətindən bildirdilər ki, ümumi gedişhaqqını formalaşdıran məbləğlər dəyişdirilməyib. Qiymətə səfərin vaxtı və məsafəsi, xəttə çıxan azad sürücülərin sayı və sərnişin təlabatı təsir edir.
''BOLT'' şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə bildirdilər ki, qiymətlərdə artım yoxdur. Amma bəzi istisinalar var ki, bu da qiymətlərə təsir edə bilər. "Xüsusən günün pik saatlarında, yəni tələb çox olduğu halda, pis hava şəraitində, təmir səbəb ola bilir", - deyə şirkətdən qeyd etdilər.
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI










