TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi jurnalistlər üçün seminar təşkil etdi - FOTO

Dekabrın 8-i TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri və ictimaiyyətlə əlaqələr mütəxəssisləri üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib. Tədbirin məqsədi səhiyyə sahəsində məlumatların peşəkar, şəffaf və effektiv şəkildə ictimaiyyətə çatdırılması, media ilə əməkdaşlığın gücləndirilməsi və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimdə çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova cari ilin 11 ayı üzrə statistikanı açıqlayıb. Onun sözlərinə görə, bu dövrdə 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb müəssisələrində icbari tibbi sığortadan yararlanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlər 4%, tibbi xidmətlər isə 12% artıb.
A.Əhmədova həmçinin bildirib ki, 2025-ci ilin 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub. Ən çox həyata keçirilən əməliyyatlar uroloji əməliyyatlar, təbii doğuş və qeysəriyyə kəsiyi olub. Əməliyyatların aparıldığı əsas tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası yer alır.
Agentlik rəsmisi əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrinə bu ilin 10 ayı ərzində 260 mindən çox göndəriş verilib. Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən artıqdır. Göndərişlər 24 saat ərzində təsdiq olunur və vətəndaş SMS vasitəsilə aldığı kodla istənilən müqaviləli özəl xəstəxananı seçə bilir.

Təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova səhiyyə müəssisələrində tətbiq edilən yeniliklər barədə məlumat verib. Onun sözlərinə görə, Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi artıq sınaq mərhələsindədir və bu sistem pasiyentlərin daha qısa müddətdə tibbi xidmət almasına imkan yaradacaq. Bununla yanaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasında istifadəyə verilən “Həkimdən həkimə yönləndirmə” xidməti pasiyentlərin yenidən növbə götürmədən bir həkimdən digərinə operativ şəkildə keçidini təmin edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev dərman təminatı prosesinin iş mexanizmini təqdim edib. Təlim nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər, psixoloji dayanıqlıq, ilkin tibbi yardım və icbari tibbi sığorta mexanizmləri üzrə sessiyalarla davam edib.
Nurcan Babək
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO
















