Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər" - VİDEO

Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsi tikinti şirkəti tərəfindən dağıdılıb.
Avtosfer.az-ın məlumatına görə, "Baku TV"nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, sözügedən şəxs iddia edir ki, söküntü zamanı tikinti şirkəti tərəfindən ona nə əvvəlcədən xəbərdarlıq edilib, nə də hər hansı rəsmi müraciət olunub. Şikayətçi Rəna Əsgərovanın vəkili Raman Abışovun sözlərinə görə, dekabrın 2-də qeyd olunan qeyri-yaşayış sahəsi sökülüb. Söküntü nəticəsində yaranan uçqun zamanı obyektin daxilində olan əşyalar da yararsız vəziyyətə düşüb. Bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslə tikinti şirkəti arasında bir neçə dəfə danışıqlar aparılıb:
"Danışıqlar aparılsa da, şirkət qeyri-yaşayış sahəsinə heç bir aidiyyətinin olmadığını bildirib".
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










