Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu haqda “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Danışıqlar sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir. “The Washington Post” eyni zamanda görüşdə ölkələr arasında sülh sazişinin elan oluna biləcəyini də istisna etməyib.
Bununla yanaşı, sosial şəbəkələrdə D.Trampın cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşünün proqramı yayılıb.
Proqrama əsasən, Tramp ABŞ vaxtı ilə 14:30-da (Bakı vaxtı ilə 22:30) N.Paşinyanla, 15:20-də (Bakı vaxtı ilə 23:20) isə Prezident İlham Əliyevlə görüş keçirəcək.
Həmin gün Bakı vaxtı ilə gecə yarısı isə üç liderin birgə bəyanat verəcəyi gözlənilir.
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək
Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR









