Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir? - VİDEO

Ev sahibi olmaq illərlə əlçatmaz arzu kimi görünürdü. Amma bu gün Azərbaycanda dövlətin yaratdığı mexanizmlər sayəsində minlərlə ailə bu arzunu reallığa çevirir.
İpoteka kreditləri, sosial mənzillər və kirayədən mülkiyyətə keçid modelləri Azərbaycan dövlətinin mənzil siyasətinin əsas dayaqlarıdır. Bu mexanizmlər fərqli sosial qruplara hesablanıb.
Əsas məqsəd isə birdir: mənzil sahibi olmağı mümkün qədər əlçatan etmək. Bu gün ölkəmizdə ipoteka krediti banklar üzərindən verilir və iki əsas kateqoriyaya bölünür: adi və güzəştli. Xüsusilə, sosial statusu olan vətəndaşlar üçün nəzərdə tutulan 4 faizli ipoteka ən çox maraq doğuran mexanizmdir.
Şəhid ailələri, jurnalistlər, müəllimlər, məcburi köçkünlər, gənc alimlər və daha bir çox insan bu güzəştdən yararlana bilir. İstənilən üsulda isə müəyyən bir prosesdən keçmək və bir qədər səbirli olmaq lazımdır. Çünki mərhələli şəkildə sənədlər yığılmalı və əlaqəli qurum və ya banka təhvil verilməlidir.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillər bazar qiymətindən aşağı təklif olunur. Seçim onlayn olaraq aparılır və proses tam şəffafdır. Bu mexanizmdə vətəndaş əvvəl ona hesablanan qiymətin 1 illik həcmini ödəyərək mənzildə kirayəçi kimi yaşamağa başlayır.
Aylıq ödənişlər tədricən mülkiyyət payına çevrilir və müddət bitdikdən sonra mənzil tam sahibinə keçir. Bütün hallarda bu fürsətlərdən faydalanmaq üçün vətəndaşın rəsmi gəliri olmalıdır.
Gözləmə müddəti ola bilər, çünki proses mərhələli şəkildə aparılır. Elə bu səbəbdən də hər mərhələnin seçimləri də məhduddur. Amma bazar qiymətləri ilə müqayisədə bu modellər ən real alternativlərdir.
Yolları bərbad vəziyyətdə olan qəsəbə: Səki, asfalt, işıqlandırma yoxdur - VİDEO
Bu şəxslərin maaşları artacaq - ŞAD XƏBƏR!
Bakının mərkəzində "kənd həyatı" - VİDEO
Niyə neft bəzən ucuzlaşır, bəzən isə bahalaşır? – Ekspertlər səbəbləri AÇIQLADI
Bakının altında “gizli dəniz”: təhlükə var - Gerçəklər bir-bir üzə çıxır
"Avtobus və taksilər əraziyə gəlmək istəmir" – Sakinlərin yol problemi - VİDEO
Yeni qanuna əsasən hansı şəxslər dövlət hesabına təhsil ala biləcək – Ekspert İZAH ETDİ
Çatdırılma şirkəti sifarişi müştəridən xəbərsiz ləğv edib bonus təklif etdi- ŞİKAYƏT- FOTO
Bakıda bu küçə yağış və qar sularının altında qalıb - VİDEO
Telefonların IMEI kodları necə oğurlanır? Vətəndaşların mobil cihazlarını kimlər təhlükəyə atır? - EKSPERT
"28 May” - “Cəfər Cabbarlı” stansiyalarında görülən işlər açıqlandı











