Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? – RƏSMİ AÇIQLAMA

Övladlığa uşaq vermək məsələsi cəmiyyət üçün həmişə həssas və vacib sosial mövzu olub. Uşaqların təhlükəsiz və sevgi dolu ailə mühitində böyüməsi onların fiziki və psixoloji inkişafı üçün əsas şərtdir. Azərbaycanda dövlət və yerli sosial xidmət qurumları bu sahədə aktiv fəaliyyət göstərir, himayədar ailələrin seçilməsi, uşaqların ailələrə verilməsi və onların rifahının təmin olunması istiqamətində ardıcıl iş aparılır. 2025-ci ildə övladlığa verilən uşaqların sayı barədə məlumat açıqlanıb. Belə ki, bu il 40 uşaq himayədar ailələrə verilib. Maraqlıdır ki, göstərici əvvəlki illərlə müqayisədə artıb, yoxsa azalıb və himayədar ailə olmaq istəyən şəxslər hansı mərhələlərdən keçməlidir?

Bununla bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sərvər Abdullayev Avtosfer.az-a bildirilib ki, statistik göstəricilərə əsasən, 2024-cü il ərzində 17-si qız, 13-ü oğlan olmaqla 30 uşaq, 2025-ci ildə isə 20-si qız, 20-si oğlan olmaqla 40 uşaq himayədar ailələrə yerləşdirilib:
“Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi üzrə işlər həyata keçirilir. Övladlığa götürmə mexanizmi ilə yanaşı, ölkəmizdə artıq bir müddətdir tətbiq olunan “Himayədar ailə” qayğı modeli uşaqların ailə mühitinə daha tez adaptasiyasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil mühitdə böyüməsinə şərait yaradır. Ötən dövrdə valideynin zərərli vərdişlərinin olması, uşağa qayğı göstərməkdən imtina etməsi və ya bunu təmin etmək imkanının olmaması, valideynin cəzaçəkmə müəssisəsində olması kimi bir sıra səbəblər uşaqların dövlət himayəsinə götürülməsinə zərurət yaradıb. Həmin uşaqların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində mütəmadi və məqsədyönlü işlər aparılır. Ötən il himayədar ailələrə verilən uşaqlardan 16-sı 0-6 yaş, 16-sı 7-13 yaş, 8-i isə 14-18 yaş aralığında olub. 2023-cü ilin noyabr ayından bu günədək ümumilikdə 75 uşaq himayədar ailələrə yerləşdirilib”.
Qurumdan bildirilib ki, qanunvericiliyə uyğun olaraq, “Himayədar ailə” mexanizmi üç mərhələdən ibarətdir:
“İlkin mərhələdə himayədar valideyn olmaq istəyən şəxslər qeydiyyata alınır, daha sonra prosesin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir və yekunda valideynlə müqavilə bağlanır. Qeyd edək ki, yalnız qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər uçota alınır və növbəti mərhələyə buraxılırlar. Himayədar valideyn olmaq istəyən şəxs qeydiyyata alınması məqsədilə ilkin olaraq müvafiq notariusda ərizə doldurur, notarial qaydada təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə ötürülür. Şəxs “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır. Prosesin uşağın mənafeyinə uyğunluğunun yoxlanılması məqsədilə isə himayədar valideyn olmaq istəyən şəxs müsahibəyə cəlb edilir, onun maddi-məişət şəraiti müayinə edilir, eləcə də namizədə təlimlər keçilir. Eyni zamanda müvafiq altsistem vasitəsilə elektron formada himayədar valideyn olmaq istəyən şəxsə uyğun uşaq və uşağa uyğun himayədar valideyn seçilir, sosial işçinin iştirakı ilə onların görüşü təşkil edilir. Prosesdən uğurla keçən şəxslərlə uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanır”.
Nurcan Babək
Şəhərsalma kanalizasiyadan başlayır - Bakı selə qarşı mübarizəyə başlayır
Regionlar distant təhsilə hazırdırmı? - Təhsil eksperti riskləri açıqladı
Bakıda böyük söküntü başlayır - BU EVLƏR PLANA DÜŞDÜ
Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var
Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası
Binalarda pul yığımına nəzarət gəlir - "Komendant pulu" ləğv olunur
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - ŞİKAYƏT - VİDEO
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI
Gecə qoşulu qalan Wi-Fi və digər elektronik cihazlar insan səhhətinə ziyan vurur? – Həkim-ekspert AÇIQLADI
Çinin yaratdığı süni intellekt istifadəçilərin məlumatlarını qoruyur? – Ekspertdən AÇIQLAMA
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO











