Uşaqlı sərnişindən imtina edən taksi sürücülərinə XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə taksi sürücüsünün sərnişinlərlə bağlı narazılığı əks olunub. Sürücü xüsusilə uşaqlı sərnişinlərlə bağlı yaşadığı xoşagəlməz təcrübədən danışaraq emosional açıqlama verib. Onun sözlərinə görə, bundan sonra uşaqlı şəxsləri avtomobilinə mindirməməyi qərara alıb. Videodan da göründüyü kimi, daha əvvəl maşına minən sərnişinin uşağı avtomobilin salonunu xeyli çirkləndirib. Sürücü yaranmış vəziyyəti əsəbi halda lentə alaraq ictimaiyyətə təqdim edib və bu kimi halların tez-tez baş verdiyini bildirib. Hadisə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb bəziləri sürücünü haqlı saysa da, digərləri onun qərarını sərt və ayrı-seçkilik kimi qiymətləndiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlama verib. O deyib ki, taksi sürücüsünün “uşaqlı sərnişini mindirmirəm” demək səlahiyyəti yoxdur:
“Taksi xidməti şəxsi seçim yox, ictimai xidmət sayılır və sürücü istədiyi sərnişini qəbul edib-etməməkdə tam sərbəst deyil. Qanun sürücüyə yalnız real təhlükə, texniki problem və ya qayda pozuntusu olduqda imtina haqqı verir. Sadəcə yanında uşaq var deyə sərnişini kənarda saxlamaq isə artıq hüquqi çərçivədən çıxır və ayrı-seçkilik kimi dəyərləndirilə bilər. Digər tərəfdən, sürücülərin narazılığı da havadan yaranmayıb. Avtomobilin salonunun çirklənməsi, oturacaqların zədələnməsi onların gündəlik qarşılaşdığı problemlərdir. Bu da əsəb yaradır. Amma bu cür hallara görə bütün uşaqlı ailələri qara siyahıya salmaq nə ədalətlidir, nə də çıxış yoludur. Əsl həll yolu qadağalarda yox, qaydalardadır. Taksi xidmətlərində çirklənmə üçün əlavə ödəniş tətbiq etmək olar. Buna görə də sərnişinlər əvvəlcədən məlumatlandırılmalıdır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












