"Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər" - Sakinlərin yol problemi - VİDEO

Oğuz rayonunun Sincan kənd sakinləri yol problemindən əziyyət çəkirlər. Vətəndaşlar çətinliklə üz-üzə qaldıqlarını və gənclərin kəndi tərk etdiklərini bildirirlər. "Yollara baxan yoxdur. Gənclər buradakı şəraitsizliyə dözmür, kəndi tərk edirlər", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb:
"Yollarımız bərbad gündədir. Maşınımı ayda ən azı 2-3 dəfə ustaya aparıram. Yola bir az daş, çınqıl töksələr, bizim də canımız rahat olar".
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Baku TV-yə bildirilib ki, Sincan kəndinə gedən yolun yenidən qurulması diqqət mərkəzindədir.
Qurumdan verilən məlumata görə, bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və kənd yolunun yenidən qurulması İnvestisiya Proqramına daxil edilib:
"İnvestisiya Proqramı çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan sonra sözügedən yolda əsaslı yenidənqurma işləri agentlik tərəfindən həyata keçiriləcək".
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - QİYMƏTLƏR










