"Üzüm" restoranının səsi sakinlərin rahatlığını pozur - VİDEO
Sosial
4 Noyabr 2025 11:36
Oxunub 268

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 39 ünvanında yerləşən restoran sakinlərin rahatlığını pozur.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, gecə boyunca restoranda yüksək musiqi səsləndirilir. Onların sözlərinə görə, yaxınlıqda yerləşən "Üzüm" restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir.
Restoranın adminstratoru Rəmzi Allahyarov də iaşə obyektində 23:30-a kimi musiqi səsləndirildiyini təsdiqlədi. Amma o, səsin normadan çox olması şikayəti ilə razılaşmır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














