Uzun tıxaclar yaşanan körpüdən SON GÖRÜNTÜLƏR - VİDEO

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə yaranan uzun tıxaclar sürücülərin narazılığına səbəb olur.
Avtosfer.az bildirir ki, artıq yalnız günün pik saatlarında deyil, istənilən vaxt sözügedən körpüdə tıxacın yarandığını müşahidə etmək olur.
Körpüdə aparılan təmir işləri, təmir zamanı yolda olan texnika və iş maşınları da bu vəziyyətin əsas səbəblərindəndir.
Sürücülər deyirlər ki, yolda olan texnikalar, xüsusilə dar hissələrdə hərəkəti daha da çətinləşdirir və tıxacın uzanmasına səbəb olur. İnsanlar uzun müddət avtomobildə qalmaqla həm vaxt itirir, həm də əlavə stress yaşayırlar.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilmişdi ki, hazırda körpüyə yanaşma yollarında genişləndirmə işləri görülür.
Qurumdan mövcud 2 hərəkət zolağının 4 hərəkət zolağına genişləndirilməsi üzrə işlərin aparıldığı nəzərə çatdırılıb.
Onu da qeyd edək ki, qəzalı vəziyyətdə olan əvvəlki körpünün əvəzinə yeni körpünün cari ilin mart ayında istifadəyə verilib.
Szügedən körpüdə aparılan təmir işləri ilə bağlı son görüntüləri təqdim edirik:
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










