Vətəndaş “Ramada” hotelin Xəzərə çirkab suları axıtdığını iddia edir - VİDEO

Bakının Şıxov qəsəbəsində yerləşən “Ramada” hoteli ilə bağlı şikayət daxil olub.
Avtosfer.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, otelin sahilində yerləşən çimərlikdə giriş üçün adam başına 30 manat ödəniş tələb olunur. Bununla yanaşı, ən ciddi narazılıq isə dənizə axıdılan çirkab suları ilə bağlıdır.
İddialara görə, üfunətli çirkab suları birbaşa dənizə buraxılır. Şikayətçilər bildirirlər ki, ərazidə düzəldilən balaca arx vasitəsilə həmin sular dənizə yönləndirilir. Əsasən də gecələr buraxılan çirkab suları gündüz saatlarında da müşahidə edilib.
Məsələ ilə bağlı “Ramada” hoteldən Avtosfer.az-a bildirilib ki, videoya tərəfimizdən baxış keçirilib, qonağın şikayəti əsassızdır:
“Çünki göstərilən ərazidə qeyd olunan hallar müşahidə olunmur. Videoda əks olunan sahə sahil zolağıdır. Orada sudan çıxan qayıqlar, skuterlər və “surf-board” ların dəniz suyundan və qumdan təmizlənməsi prosesi aparılır. Bu avadanlıqların duzlu sudan təcrid olunması məqsədi daşıyır. Görünən su yığıntısı isə dənizin qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Bundan əlavə, məlumat üçün bildiririk ki, ərazidə arıtma-şambo və daşınma sistemləri mövcuddur. İstədiyiniz zaman gəlib xidmətlərimizlə yerində tanış ola və yararlana bilərsiniz”.
Aidiyyəti qurumlardan məsələ ilə bağlı mövqe öyrənməyə çalışsaq da, belə bir məsələnin onların səlahiyyəti çərçivəsində olmadığını bildirərək açıqlama vermədilər. Vətəndaşın iddiası isə heç bir qurum tərəfindən araşdırılmadan sadıcı hotelin açıqlaması ilə kifayətlənməli oldu.
Fİdan
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI










