Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.
Bəs, Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq?
Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan bildirilib ki, hazırda tunelin tikintisi davam etdirilir:
“Tunelin tikintisi tamamlandıqdan sonra Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları tam bərpa olunacaq və sərnişinlər ənənəvi olaraq bu istiqamətdə qatarla təhlükəsiz və rahat səfər edəcəklər”.
Qeyd edək ki, avtomobil tunelinin tikintisi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və paytaxtın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xidmət edir./bizim.media
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI
DSX müsabiqə elan etdi - VİDEO
Bakıya yağan dolunun səbəbi AÇIQLANDI - VİDEO
İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ
Azərbaycanda məşhur bazar sökülür - Avtomobil yolu genişləndirilir - VİDEO
Bulvarda gülləri əzənlər məşhur blogerlər imiş - ADLAR - FOTOLAR
Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA










