Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt BİLİNDİ

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti gələn ilin birinci rübü ərzində bərpa oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə “apa.az”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
Anar Nəcəflinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin bir hissəsi olaraq mövcud dəmir yolu xəttinin altından avtomobil tunelinin tikintisi məqsədilə işlərə başlanılıb. Həmin ərazidə (dəmir yolu xəttinin altında tikilən yeraltı keçidin tikildiyi ərazi – red.) hərəkətin bərpası üçün qısa müddət ərzində işlərin aparılması nəzərdə tutulub.
“Orada təqribən bir neçə aylıq iş həcmi var ki, o görüldükdə, həmin dəmir yolu xətti üzrə hərəkət bərpa oluna bilər.
Çalışılacaq ki, həmin işlər qrafikdən də əvvəl yekunlaşsın ki, qeyd olunan xətt üzrə qatarlar əvvəlki qrafik ilə hərəkət edə bilsinlər”, – Anar Nəcəfli qeyd edib.
Onun sözlərinə görə, dəmir yolunun altından avtomobil keçidinin tikintisi 2026-cı ilin birinci rübü ərzində bitəcək və onun üzərindən qatarların hərəkətinin bərpası üçün imkan yaranacaq.
“Ümumilikdə isə, qeyd olunan tunelin daxil olduğu layihənin (Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsi – red.) tam olaraq yekunlaşdırılması, qrafikə uyğun olaraq 2026-cı ilin sonuna, 2027-ci ilin əvvəlinə planlaşdırılır”, – Anar Nəcəfli qeyd edib.
ADY-nin rəsmi məlumatına görə, hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı–Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolları ilə əlaqələndirilməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası aparılır.
Aparılan tikinti işləri ilə əlaqədar ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, qatarlar isə Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edir.
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI










