İlk köç karvanı Xocavəndə çatdı - FOTO - YENİLƏNİB

Sosial 20 Fevral 2026 14:03
İlk köç karvanı Xocavəndə çatdı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk köç karvanı Xocavənd şəhəri və eyni adlı kəndə çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 (194 nəfər), kəndinə isə 20 ailənin (94 nəfər) qayıdışı təmin edilib.

***13:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış" davam edir.

Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə - 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

Doğma yurda dönən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxunub 140
ŞƏRH YAZ
Ad

E-mail

Şərh