Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salındı - YENİLƏNİB

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.
***12:11
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Magistral yollarda görmə məhdudlaşacaq - 500-1000 metrədək
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Bakıda iyunun sonuna kimi avtobuslar bu şəxslərə pulsuz olacaq
Yas mərasimlərində yemək verilməsinə məhdudiyyət qoyulacaq?
Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA
Pensiyalardakı artım açıqlandı – RƏSMİ
Metro altından yol çəkilməsi təhlükə yaratmır - AÇIQLAMA
Kürdə suyun səviyyəsi yüksəlir - Daşqın təhlükəsi - FOTO
Torpağa qatılan kimyəvi gübrələr məhsuldarlığı azaldır? – EKSPERT RƏYİ
“Maşınlar sıradan çıxır, "peredok" dağılır" - YOL PROBLEMİ - VİDEO
Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay olacaq? - AÇIQLAMA








