Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO

"Krediti, borcu olan yazsın, kömək edim"... Ərzağa ehtiyyacı olan yazsın, köməklik göstərim"... Son günlərdə sosial şəbəkələrdə, xüsusi ilə də TikTok-da bu cür elanlar paylaşan səhifələr çoxalıb...
Avtosfer.az xəbər verir ki, “Xəzər Xəbər”in votsap qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, tiktokda canlı açan səhifəyə daxil olub. Daha sonra yardım üçün yazıb və səhifənin əsl niyyətinin fərqli olduğunu öyrənib. Turqay Həsənovun sözlərinə görə, bütün məlumatları alan qarşı tərəf daha sonra nömrələri bloklayır. Biz də həmin səhifədəki nömrələrlə əlaqə saxlamağa çalışdıq. Amma nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta digər nömrələr söndürülmüşdü. Səhifədəki videolara yazılan şərhələrdə isə bu şəxslərin qurbanı olanların sayının çox olduğu açıq-aydın görünür. Ekspertlər isə insanları hər hansı kart məlumatlarını paylaşan zaman daha diqqətli olmağa səsləyirlər. Tanımadıqları heç kimə şəxsi və kart məlumatlarını verməməyi tövsiyə edirlər.
Daha ətraflı videomaterialda.
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Sosial ödənişlər SABAH ödəniləcək
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK - VİDEO
Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO
Buraxılış imtahanına salınan suallar çətin olub? – Təhsil eksperti AÇIQLADI
Cibimizə "səssiz müdaxilə" - Bankların gizli mexanizmi
Süni intellektin dəhşətli üzü - Cinayət alətinə çevrilib?










