Yas mərasimləri ilə bağlı RADİKAL QƏRAR – Qaydalar dəyişdi

Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
Avtosfer.az xəbər verir ki, Şəmkir Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb.
Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir.
Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir.
Qaydalara əsasən, vəfat edən şəxsin 40 mərasimində isə limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir.
Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil edilməlidir.
Şəmkir Rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl etməyə çağırıb. (milli.az)
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
Restoranlarda təkrar istifadə olunan yağın sağlamlıq üçün riskləri nələrdir? – Ekspert AÇIQLADI
Psixoloqların seans qiymətləri niyə yüksəkdir? - Ekspertlər AÇIQLADI
"17 il onun yolunu gözləmişəm..." - Anası şəhid Pəncəli Teymurovun son fotosundan danışdı - FOTO
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ - 215 dollara ...
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - AÇIQLAMA - VİDEO
Otuz mindən çox insanın əziyyət çəkdiyi yol - Müraciətə baxan yoxdur - VİDEO
Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir
Televizordan 20 dəfə çox enerji sərf edir - Bu iki cihaz sayğacı "uçurdur"
Rayonlarda pensiyalar bu tarixdə veriləcək










