Yaşlılar kiberdələduzların fırıldaqlarından necə qoruna bilər? - Mütəxəssisdən AÇIQLADI

Son illərdə bank kartları və onlayn ödəniş sisteml əri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, dələduzluq və fişinq halları da artmaqda davam edir. Banklar və aidiyyəti qurumlar vətəndaşları kart məlumatlarını paylaşmamaq, şübhəli zənglərə və mesajlara cavab verməmək barədə daim xəbərdar edir. Buna baxmayaraq, bəzi insanlar hələ də öz kart məlumatlarını paylaşır, nəticədə maliyyə itkiləri ilə üzləşirlər. Xüsusilə yaşlı və texnologiyadan az istifadə edən vətəndaşlar bu cür hallarda daha çox risk altında olurlar.
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların hələ də kart məlumatlarını paylaşmasının əsas səbəbi texnologiyanın mürəkkəb olması deyil, dələduzların çox yaxşı hazırlanmış psixoloji üsullardan istifadə etməsidir:

“Yəni onlar insanı texniki olaraq yox, emosional olaraq tələyə salırlar. Məsələn "hesabınızdan pul çıxılır”, “kartınız bloklanacaq”, “sizə pul köçürülüb təsdiqləyin” kimi mesajlar insanı narahat edir və o anda adam düşünmədən hərəkət edə bilir. Bu zaman insan diqqətini təhlükəsizlik qaydalarına yox, problemi tez həll etməyə yönəldir və nəticədə kart məlumatını və ya SMS kodunu paylaşır. Digər tərəfdən isə bir çox vətəndaş hələ də düşünür ki, bank əməkdaşı zəng edib kart məlumatlarını soruşa bilər. Halbuki bank sistemində belə bir proses yoxdur. Bank əməkdaşları nə kartın arxa tərəfindəki CVV kodunu, nə də telefona gələn birdəfəlik SMS kodunu tələb edir. Bu iki məlumat faktiki olaraq kartın açarı hesab olunur. Belə halların azalması üçün maarifləndirmə yalnız internet üzərindən yox, televiziya, radio və ictimai yerlər vasitəsilə də aparılmalıdır. Xüsusilə yaşlı insanlar sosial şəbəkələri çox istifadə etmədikləri üçün xəbərdarlıqları görməyə bilər. Məsələn, bankomat ekranlarında qısa xəbərdarlıq mesajları, SMS-lə sadə izahlar, televiziya kanallarında sosial çarxlar və s. kimi məlumatlar daha effektiv ola bilər. Dələduzların tələsindən qorunmaq üçün vətəndaşlar birmənalı olaraq şübhəli zəng və ya mesaj alan zaman dərhal qərar verməməli, əksinə təmkinli olmalıdırlar. Ən düzgün addım isə telefon danışığını bitirib bankın rəsmi nömrəsinə özünüz zəng etməklə və məlumatı yoxlamaqdır. Bu sadə addım bir çox dələduzluğun qarşısını ala bilər”.
Nurcan Babək
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR












